• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycanın İsmayıllı rayonunda kənd təsərrüfatının canlandırması təklifləri

Azərbaycanın İsmayıllı rayonunda kənd təsərrüfatının canlandırması təklifləri

Yazar Ismayilli
//
01 mart 2014
//
//
Oxunub 5564
//

Azərbaycanın İsmayıllı rayonunda kənd təsərrüfatının canlandırması təklifləri

Azərbaycanın İsmayıllı rayonunda kənd təsərrüfatının canlandırması təklifləri
Birinci təklifə görə:
- İsmayıllı rayonu 4-5 zonaya bölünür və kənd təsərrüfatı, maldarlıq məhsullarının birbaşa açıq satışı mağazaları yaradılır. Hər bir zonada mağazanın nəqliyyat yolunun üstündə olması vacib sayılır (500 kvadratmetr sahəsi olan hər bir mağaza ətrafında maşın saxlama yerləri, ayaqyolu və s. nəzərdə tutulur);
- Market təhlükəsizliyi gözlənilməklə burada meyvə-tərəvəz, ət və süd məhsulları, yumurta, çörək, mürəbbə və şərab kimi məhsullar satılır;
- Alıcılar müxtəlif tədbirlərə cəlb olunur və onlara ərzaq nümunələrinin dadına pulsuz baxmaq təklif edilir;
- Alıcıların etimadını qazanmaq və məhsulların keyfiyyətinə görə məsuliyyəti artırmaq üçün hər məhsulun üzərində istehsalçının adını, ünvanını və saxlama müddətini göstərən etiketlər yapışdırılır.

Azərbaycanın İsmayıllı rayonunda kənd təsərrüfatının canlandırması təklifləri
İkinci təklifə görə:
- Kənd təsərrüfatı və heyvandarlıq məhsullarının əlavə dəyəri nəzərə alınır və məhsullar etiketlənir;
- Təhlükəsizlik baxımından meyvə-tərəvəz orqanik (təbii) qidalandırılma ilə becərilir, kimyəvi gübrələrdən az, yaxud da heç istifadə edilmir;
- Ət və süd məhsulları üçün bəslənən mal-qara, yumurta verən quşlar təbii qidalarla yemlənir və baytarlıq (kimyəvi tərkibli) dərmanlarından istifadə edilmir;
- Təzə məhsullar səhər tezdən tədarük olunaraq satışa çıxarılır.

Üçüncü təklifə görə:
- Satış mağazalarının yanında restoran açılır;
- Açıq satış mağazaları yanında tikilən restoranlarda tərkibi təmiz və təhlükəsiz ərzaqlardan hazırlanmış mətbəx yeməkləri təklif olunur; (satış mağazaları yanında maşın saxlamaq üçün yer ayrılır, ayaqyolu tikilir);
- Yeməkxanalarda İsmayıllı rayonu üçün ənənəvi sayılan yerli menyu təklif edilir.

Dördüncü təklifə görə:
- Yerli istehsalçılar seçilməli, marketdə satılan yerli məhsulların üzərinə İsmayıllıda hazırlandığını bildirən etiketin yapışdırılmasına əmin olmalı;
- Paketləmə (qablaşdırma) dizaynına diqqət verməli, onların turistlər və distrübüterlər üçün rahat daşınacaq olmasına əmin olmalı;
- Paketlərin bir üzünə etiket yapışdırılır, digər üzünə məhsul haqqında məlumat qeyd edilir (istehsalçının adı, ünvanı, məhsulun tərkibi, istehsal tarixi və yararlılıq müddəti).

Beşinci təklifə görə:
- Turizm obyektləri yerli, təbii mühit nəzərə alınaraq tikilir, şəraitin verdiyi imkanlar daxilində obyektlər genişləndirilir;
- Mehmanxanalarda fermerlər üçün boş otaqların olması nəzərə alınır;
- Qonaqların qayğısına qalmaq üçün onlara istirahət otaqları və yeməklər təklif olunur;
- Kənd təsərrüfatı və ya heyvandarlıqla maraqlanan turistlərin sayının artmasına səy göstərilir;
- Meyvəçilik təsərrüfatlarına gəzintilər təşkil edilir, turistlərə meyvələri - almanı, çiyələyi özlərinin yığmasına şərait yaradılır, yetişmiş məhsulların yerində yeyilməsinə və yaxud evə aparmaq üçün götürülməsinə (münasib miqdarda) imkan yaradılır;
- Ərazidə uzun müddət qalan sakinlərə və qonaqlara yataqxana təşkil edilir;
- At belində gəzinti və atla dağa qalxmaq marşrutları təşkil edilir.

Altıncı təklifə görə:
- Turistləri qarşılama və salamlamaq üçün qaydalar hazırlanır;
- İsmayıllı rayonunun və şəhərin girişində turist informasiya mərkəzi açılır (turistlərə ərazinin istiqamətləri, yerləşməsi haqqında məlumatlar verilir);
- İsmayıllı rayonu barədə müxtəlif dillərdə turist bələdçi broşürləri hazırlanır;
- Regionun yollarında nəqliyyatla hərəkətə görə ingilis dilində yol işarələri yerləşdirilir;
- Tanınmış turizm yerlərində ictimai istifadə yerləri təmiz saxlanılır.

Yeddinci təklifə görə:
- Ərazidəki universitet, institut və kolleclərlə əməkdaşlıq qurulur;
- Kənd təsərrüfatı məhsullarının təbii yolla becərilməsi üsullarına, tədqiqat və inkişafa önəm verilir;
- Heyvandarlığın təbii yemlərlə təminatı, tədqiqatı və inkişafı üsulları tətbiq olunur;
- Becərmədə maarifləndirmə və təşviq ( bu proqramda iştirak edən maldarlıqla məşğul olan fermerlər iştirak edəcək) diqqət mərkəzində olur;
- Azərbaycanda yetişməyən təsərrüfat məhsullarının tədqiqatı və təşviqi aparılır.
Azərbaycanın İsmayıllı rayonunda kənd təsərrüfatının canlandırması təklifləri
Səkkizinci təklifə görə:
- Tərəvəz fabriki təqdim olunur və iqlim dəyişkənliyinə, patagenik bakteriyaya, cücü (həşarat) zərərvericilərinin təsirinə məruz qalmayan tərəvəz fabriki yaradılır.

Doqquzuncu təklifə görə:
Satış istiqamətləri genişləndirilir;
- Yerli məhsulların istehlakı artırılır;
- Şəhər yerində yaşayanlar məhsulların birbaşa alıcıları kimi müəyyənləşdirilir;
- İsmayıllı məhsullarını internetlə satışı aparılır və ya xaricə ixrac edilir. Bu cür kanallar üçün paylama çərçivəsi təşkil olunur.

Azərbaycanın İsmayıllı rayonunda kənd təsərrüfatının canlandırması təklifləri
Onuncu təklifə görə:
- İsmayıllı rayon rəhbərliyinin dəstək sistemi İsmayıllı ərazisi üçün kənd təsərrüfatının canlandırılması planını inkişaf etdirir;
- Birbaşa satış mağazalarını, turist obyektlərini fiziki dəstəklə təmin edir;
- Yeni məhsul istehsalı və brendlərinin adlandırılması üçün yardım genişləndirilir;
- Universitet, institut və kənd təsərrüfatı istehsalçıları arasında əlaqələr qurmaqda yardımçı olur;
- Bu proqramda iştirak edən fermerlərə maliyyə dəstəyi göstərilir;
- Satış kanallarının (istiqamətlərinin) genişləndirilməsinə yardım göstərilir.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!