• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əməkdar meşə işçisi

Əməkdar meşə işçisi

Yazar Ismayilli
//
15 yanvar 2014
//
//
Oxunub 1606
//

Əməkdar meşə işçisi

80 illik ömrünün 60 ilini İsmayıllı təbiətinin qorunmasına, yeni meşə massivləri salınmasına həsr etmiş Əməkdar meşə işçisi, rayon meşə təsərrüfatının keçmiş müdiri Bəhrəm bəy oğluTarverdiyevin yubileyi rayon İcra Hakimiyyəti tərəfindən, İsmayıllı ziyalıları ilə görüş zamanı - 05 yanvar 2014-cü ildə təntənəli şəkildə qeyd edilib.
Əməkdar meşə işçisi
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Bəhrəm Tarverdiyevin keçdiyi mənalı, müasir gənclərə xüsusilə də ekologiya işçilərinə örnək ola biləcək həyat yolundan danışıb və Əməkdar meşə işçisinə xoş arzularını çatdırıb.
RİH adından Fəxri fərman və pul mükafatını yubilyara təhsil veteranı, tanınmış ziyalı Fərman Bəşirov təqdim edib.
Meşələrin Bərpası və Mühafizəsi Müəssisəsinin direktor müavini Cabbar Qəribov keçmiş müdirinə kollektiv adından xalça bağışlayıb.
B.Tarverdiyev minnətdarlıq edərək, tədbir iştirakçılarını Heydər Əliyevin siyasətinə sədaqətlə xidmət etməyə, hamını İsmayıllının tikilməsi və qurulmasında, abadlaşmasında fəal iştiraka çağırıb (Yubilyar haqqında geniş yazını qəzetimizin növbəti sayında oxuya bilərsiniz).
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!