• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ziyalılarla görüş

Ziyalılarla görüş

Yazar Ismayilli
//
15 yanvar 2014
//
//
Oxunub 3070
//


Ziyalılarla görüş

2013-cü il arxada qaldı. Geridə qalan ildə bir sıra işlər görülüb. Bura toplaşmaqda məqsədimiz 2014-cü ildə hansı sahələrə daha çox diqqət yetirməyimizi müəyyənləşdirməkdən ibarətdir. Bu fikirləri ziyalılarla görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səsləndirib.
Görüşdə Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, rayonumuzun yetirmələri olan tanınmış alimlər, şairlər, iş adamları, sənət sahibləri iştirak edib. Səmimi söhbət zamanı rayonun bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub.

Ziyalılarla görüş
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib, o, bu siyasətin layiqincə davam etdiyini söyləyib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev 2014-2018-ci ilin perspektiv inkişafın proqnoz layihələri haqqında məlumat verib.
Ziyalılarla görüş
İsmayıllının aqrar sahələrin inkişafı üçün əlverişli məkan olduğu dilə gətirilərək, gələcəkdə rayonda Azərbaycan Dövlət Aqrar Universitetinin filialının açılması məsələsinə dair ziyalıların fikirləri səsləndirilib. Eyni zamanda, növbəti ildə bir sıra kəndlərin qazlaşdırılması, kəndlərdə uşaq bağçalarının tikilməsi, velosiped zavodunun inşasının başlanması arzu edilən məsələlər sırasında olduğu vurğulanıb.
İqtisad elmlər doktoru, professor Rəsul Balayev Yaponiyanın İto şəhərinə səfərin bəzi məqamlarına toxunub, rayonda müəyyən sahələrin inkişafında Yaponiya təcrübəsindən istifadə imkanları barədə danışıb.
Ziyalılarla görüş
Millət vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov çıxışlarında İsmayıllının gələcək inkişaf planlarının uğurla hazırlandığını və həyata keçiriləcəyini vurğulayıblar.
Hüquq elmləri namizədi Simran Həsənov, BDU-nun tədris işləri üzrə prorektoru İbad İbadov, ADMA-nın dosenti Arif Əzizov, coğrafiyaşünas alim Qadir Bayramlı, şair Musa Yaqub, QHT sədri Rasim Şərifov, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri Həbib Ocaqov səmərəli təkliflərlə çıxış ediblər.
Sonda ziyalılar rayon sakinlərin narahat edən problemlərin həllində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Çinarə Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!