• Ana səhifə |
Subscribe by RSS or RUS

Mən də inandım

Yazar Ismayilli
//
15 yanvar 2014
//
//
Oxunub 1471
//

Sosial şəbəkədən

Mən də inandım
Harda qalmışdım?.. Hə, İsmayıllıda...
Bakıya qayıdırdım, Təzəkəndin altında zəng gəldi ki, sabah icra başçımız Mirdaməd müəllim görülmüş və görüləcək işlərlə bağlı konfrans keçirir, rayondan qıraqda yaşayan ziyalılarımızdan da bir qrupu dəvət olunub. Maşını döndərdim geri.

Mən də inandım
Doqquz ay qabaq yığışmışdıq, Bakıda yaşayan, əslən İsmayıllıdan olan bütün ziyalılar bir yerdə idik. Çox ağır günlər idi. İsmayıllı hadisələrindən az bir müddət keçmişdi. Mirdaməd müəllim icra başçısı vəzifəsinə yenicə təyin olunmuşdu. Təbii ki, hamımız narahat idik, İsmayıllımıza görə də, bu ağır yükün altına girmiş alim eloğlumuza, etibarlı, işıqlı dostumuza görə də.
Təzə başçı, təqdimatsız-filansız kürsüyə qalxıb, başladı danışmağa ağrıyla, yana-yana, məntiqlə, inamla! Və hamımızın gözündə bir ümid işartısı, qəlbimizdə bir ümid çırağı yandı, daha doğrusu, yandırdı.
Budur, üstündən cəmi doqquz ay keçib doqquz ildə görülməyən işlər doqquz aya görülüb, çoxu hələ başa çatmayıb, onları saymıram.
Yenə yığışmışıq, bir az kiçik tərkibdə. Başçı, görülmüş işlərin, üstündən demək olar ki, sükutla keçdi. Yenə görüləcək işlərdən danışdı yenə həmənki ağrıyla, həmənki inamla, həmənki yanğıyla, həmənki ümid, həmənki istək və həmənki eşqlə!
Başçı həm də ölkə rəhbərinin İsmayıllıya olan rəğbətindən, köməyindən danışdı.
Tədbirdə görülməsi nəzərdə tutulan işlərin siyahısı oxundu. Açığı, eşitdiklərim mənə bir az utopiya kimi göründü və ürəyimdən keçirtdim ki, kaş bu vacib məsələlərin 25 faizini həyata keçirtmək, reallaşdırmaq mümkün olaydı...
Başçı dəvətliləri demək olar ki, bir-bir dinlədi. Onların İsmayıllının sabahı, inkişafı ilə bağlı fikirlərini öyrəndi. Hər birini birlik, işgüzarlıq, nümayiş olunacağı halda, deyilənlərin gerçəkliyinə inandırdı. Elə məni də.
Mən də öz növbəmdə Mirdaməd müəllimə Allahdan can sağlığı, ölkə rəhbərindən dəstək, hökumətdən kömək, ismayıllılara isə təmkin və səbir dilədim.
Maarif Soltan,
şair

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!