• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kanal S İsmayıllıda

Kanal S İsmayıllıda

Yazar Ismayilli
//
15 yanvar 2014
//
//
Oxunub 2769
//


Kanal S İsmayıllıda


Region televiziyaları sırasında öz keyfiyyəti ilə seçilən Kanal S Yeni il və 50 milyonluq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə İsmayıllı rayonunda konsert təşkil edib. Konsert maraqlı və xoş anlarla yadda qalıb. Kanal S İsmayıllıda adı altında baş tutan tədbirdə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov çıxış edərək qonaqları İsmayıllıda görməkdən məmnun olduğunu bildirib.
Kanal S İsmayıllıda Kanal S İsmayıllıda
Tədbirdə İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun təbrik məktubu oxunub. Kanal S-in 5 illiyi münasibəti ilə gül dəstəsi nümayəndə heyətinin rəhbərinə hədiyyə edilib. Səhnəyə ilk olaraq gənc və istedadlı müğənni Eldəniz İsmayılov çıxıb. O, ifaları ilə tamaşaçıların alqışlarını qazanıb.
İsmayıllının sevilən müğənniləri Qalib Güləliyev, Rövşən Teyyubov, Bəhruz Həşimovun Niyal instrumental ansamblının müşayiəti ilə oxuduqları mahnılar tamaşaçıların zövqünü oxşayıb. Murad Sadıqın ifaları isə konsertin ən bəyənilən hissəsi olub.
"İsmayıllı xəbərləri"

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!