• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nə ad vermək olar?

Nə ad vermək olar?

Yazar Ismayilli
//
15 yanvar 2014
//
//
Oxunub 1472
//
Yazılanlara qayıdırıq
Nə ad vermək olar?

İsmayıllı xəbərləri qəzetinin 20 dekabr 2013-cü il nömrəsində dərc edilmiş İnsan düşüncəsi şərə kökləndisə, heç məqaləsini oxuduqdan sonra fikirlərimi oxucularla bölüşmək qərarına gəldim.
İsmayıllı Azərbaycanımızın mirvarisidir. Hər birimiz bu gözəl diyarı sevir, onun uğurları ilə fəxr edirik. Son vaxtlardakı nailiyyətlərimiz, tikinti-abadlıq işləri göz önündədir və bu işlər davam etməkdədir. Hələ qarşıda görüləcək işlər, həyata keçiriləcək proqramlar çoxdur. Rayonda istehsal müəssisələri, sosial yönümlü obyektlər, yeni-yeni məktəblər, uşaq bağçaları, tibbi xidmət obyektləri və sair mədəniyyət ocaqları tikilir. Onu da qeyd edək ki, kəndlərdə də əhaliyə xidmət göstərən sosial obyektlərin inşasına diqqət xeyli artırılmışdır. Şəhər küçələrinin işıqlandırılması və abadlaşdırılması, asfaltlaşdırılması işləri davam etdirilir. Doğrudur, bu istiqamətdə işlər hələ başa çatdırılmayıb. Gözlə görünənləri inkar etmək, görməməzliyə vurmaq, yaxud hər şeyə qara eynəkdən baxmaq, ən azından korluq əlamətidir. Normal düşüncəli adamların belələrinə yazığı gəlir. Axı görülən işlərdə ancaq nöqsan axtarmaq da insanlığa yaraşmayan hərəkətdir.

Qeyd etdik ki, abadlıq işləri davam etdirilir. Nəzərdə tutulmuş işləri başa çatdırmaq üçün vaxt lazımdır. Neçə illər yığılıb qalmış işləri başa çatdırmaq üçün xeyli zaman lazımdır. Biz nağıllarda oxumuşuq ki, sehirli qüvvələr bir gecədə qəsrlər, saraylar ucaldırlar. Yəqin ki, belə məqalələrlə çıxış edənlər var olana yox deyənlər, ağa qara deyənlər həqiqəti duymaq iqtidarına malik deyillər. Ancaq hər hansı bir məqsədə çatmağa çalışanlar özlərini bu cür apara bilərlər. Məqalə müəllifinin məqsədinin də bundan ibarət olduğunu düşünmək olar.
Məni bir sual düşündürür: müəllif belə yalanlarla nəyə nail olmaq istəyir? Hər şeyi olduğu kimi yazmaq düzgün olmazdımı? Axı dünyada hər şeyin öz ölçüsü var. Ən dəqiq ölçü isə düzlükdür, doğruluqdur. Dünyada ən qısa yol düz yoldur. Nə olar, belə adamlar düzü-düz, əyrini-əyri yazsınlar. Qısa müddət ərzində nə qədər iş görmək lazımdır ki, bu cür şikəst adamlar razı qalsın.
Bu gün rayonumuzda gözəl ab-hava və halallıq var. Ölkə Prezidentinin qarşıya qoyduğu tapşırıqlar layiqincə həyata keçirilir. Qəlbi təmiz və əsl vətənpərvər adamlar rayonda gedən abadlıq, tikinti işlərinə görə rayon rəhbərliyindən razılıq edirlər. Böhtan və iftira yazanlara nə ad verəsən?
H.Məmmədov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!