• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İlham Əliyev Əlillər Günü ilə bağlı

İlham Əliyev Əlillər Günü ilə bağlı

Yazar Ismayilli
//
13 dekabr 2013
//
//
Oxunub 1382
//
İlham Əliyev Əlillər Günü ilə bağlı

Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaratmışdır. Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilmiş, bu çərçivədə 10-dək yeni hüquqi-normativ akt qəbul edilmişdir. Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş Əlillərin hüquqları haqqında Konvensiyaya qoşulmuş, bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına sadiq olduğunu ifadə etmişdir.
İlham Əliyev Əlillər Günü ilə bağlı
Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Pensiya təminatı sistemində həyata keçirilən islahatlar isə bu kateqoriyadan olan şəxslərin də əmək pensiyalarının ciddi artımına səbəb olmuşdur. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunmuşdur.
Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilmişdir. Ötən illərdə əlil vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli də diqqət mərkəzində saxlanmışdır. Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilmişdir.
İlham Əliyev əlillərlə görüşündə demişdir:
- Əlbəttə, bu gün Azərbaycan ölkələrin əksəriyyəti kimi, iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurmuşdur və böyük uğurlar əldə etmişdir. Ancaq, eyni zamanda, sosial siyasət daim diqqət mərkəzindədir. Çünki biz insanlar üçün çalışırıq. Çalışırıq ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Kimin imkanı var imkanları daha da artıq olsun, kimin imkanı yoxdursa dövlət öz dəstəyini göstərməlidir. Azərbaycan vətəndaşları və yaşlı nəsil bilir ki, onların arxasında güclü dövlət dayanır. O dövlət ki, onları heç vaxt darda qoymaz və hər bir məsələdə onlara arxa-dayaq olacaqdır.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!