• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əlil vətəndaşlara qayğı

Əlil vətəndaşlara qayğı

Yazar Ismayilli
//
13 dekabr 2013
//
//
Oxunub 5398
//


Əlil vətəndaşlara qayğı


Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsidir. Bu səbəbdən, onlara diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddiyyətə deyil, mənəvi yardıma ehtiyacı var. Belə şəxslər heç də özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Əlil vətəndaşlara qayğı
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr-Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlamışdır.
İsmayıllı rayonunda bu gün bayram kimi qeyd edildi. Qala şadlıq sarayında baş tutan tədbir öncəsi foyedə əlillərin əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Sərgiyə maraq böyük idi. Tədbir iştirakçıları əlillərin zəhməti ilə ərsəyə gəlmiş məhsullara heyranlıqla tamaşa etdilər.
Sərgiyə baxışdan sonra qonaqlar şənliyə dəvət olundular. Şənliyin aparıcıları ölkə rəhbərinin əlillərə göstərdiyi qayğıdan danışdılar. Müğənni Rövşən Teyyubovun gözəl ifası tədbirin musiqi açılışı oldu.
Həzin musiqidən sonra İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etdi. Başçı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizdə insan amilinə diqqəti, bütün təbəqələrin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan qayğısı göz önündədir. Prezidentin sərəncamları ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətlərinin artırılmasını qeyd edən İcra başçısı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində də bir çox əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasını diqqətə çatdırdı.
Başçının çıxışından sonra müğənni Sahibə Abdullayevanın ifasında musiqi səsləndi. Bu ifa hər kəsə xoş əhval-ruhiyyə bəxş etdi.
Əlil vətəndaşlara qayğı
Çıxış üçün söz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı rayon şöbəsinin direktoru Çingiz Əliyev və Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin müdiri Kamran Muradova verildi. Onlar əlillərə dövlət qayğısından, xüsusi ilə də İsmayıllıda yaşayan əlillərin sosial problemlərinin həllinə göstərilən diqqətdən danışdılar.
Əlil vətəndaşlara qayğı
Sevil İsmayılqızının ifasında şux mahnılar səsləndi.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin kiçik könüllüsü Nilufər Çələbiyeva çıxış etdi. Yaşının az olmasına baxmayaraq, o, istedadı ilə hamının diqqətini çəkə bildi. Nilufər İsmayıllıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar haqqında danışdı. Valeh və Nəzrin barəsində məlumat verdi. Nəzrin şeir söylədi. Gözəl əl qabiliyyətinə malik olan Jalə çıxış etdi. Onun çıxışı alqışlarla qarşılandı.
Müğənni İsmayıl Abbasov və Elxan Osmanlının məlahətli səsi hamının zövqünü oxşadı.
İsmayıllı Elektrik Şəbəkəsinin rəisi Əliağa Bədəlov, Su-Kanal İdarəsinin rəisi Ağasəf Salmanov, Qaz İstismarı Sahəsinin nümayəndəsi Murad Ağamalıyevin təmsil etdikləri idarələr tərəfindən əlillər üçün görülmüş işlərdən söz açdılar.
İsmayıllı Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışları da alqışlarla qarşılandı.
Azərbaycan Müharibə Veteranları Şurasının İsmayıllı bölməsinin sədri Abduləli Əliyev, İsmayıllı Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri ictimai birliyinin sədri Vidadi Zərbiyev, Çernobıl Əlilləri İttifaqı rayon şöbəsinin müdiri Məleykə Lətifova, Əfqanıstan müharibəsi əlili Çingiz Məmmədov çıxışlarında əlillərə göstərilən dövlət qayğısından razılıq etdilər.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 50 nəfər birinci qrup əlil ziyarət olundu. Onlara bayram sovqatları verildi.
Çinarə Bəhərçinli,
Şahməmməd Dağlaroğlu

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!