• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Səyyar görüş-qəbullar

Səyyar görüş-qəbullar

Yazar Ismayilli
//
13 dekabr 2013
//
//
Oxunub 2660
//
Səyyar görüş-qəbullar

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti səyyar görüş-qəbulu Mücühəftəran kəndində olub.
Səyyar qəbulda kəndin 50-ə qədər sakini rayonun hüquq-mühafizə orqanlarının, xidmət strukturlarının əməkdaşları iştirak edib.

Səyyar görüş-qəbullar
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səyyar qəbulda ölkə ərazisində gedən sürətli və dinamik inkişafdan danışıb. Bütün bunların Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu siyasətin nəticəsi olduğunu deyib. O bildirib ki, Respublikanın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət alıb. İcra başçısı əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, son dövrlər qazlaşdırılma sahəsində görülən işlər barədə də məlumat verib.
Gənclərin işsizlik probleminin aradan qaldırılması məsələsi ətrafında tutarlı fikirlər səsləndirən Mirdaməd müəllim, onların həlli istiqamətində müvafiq işlərin görüləcəyini də nəzərə çatdırıb.
Sakinlər əsas problemlər kimi tibb məntəqəsinin və mavi yanacağın olmadığını göstəriblər. Eyni zamanda, elektrik dirəklərinin çürüməsi səbəbindən yaranan problemlərin aradan qaldırılmasına, elektrik transformatorunun yenisi ilə əvəzlənməsinə, Ruşan kəndinin yolundan Mücühəftərana keçən qısa, alternativ yolun çınqıllanmasına ehtiyac olduğunu söyləyiblər.
Sonda İcra başçısı əlaqədar təşkilatların rəhbərlərinə problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib.

///

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Aşıqbayramlı kəndində görüş-qəbul keçirib. Səyyar qəbulda Hapıtlı kəndinin sakinləri iştirak edib. Qəbulun Aşıqbayramlıda keçirilməsinə səbəb isə həmin kənddə heç bir inzibati binanın olmamasıdır.

Səyyar görüş-qəbullar
Sakinlərlə söhbət zamanı İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafdan, ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışıb. Çıxışlardan Hapıtlı kəndinin problemləri ilə tanış olan Başçı onların həllinə birlikdə çalışmağın ustünlüklərini vurğulayıb.
Əhalinin işlə, gəlir gətirən əmək sahələri ilə məşğulluğunun vacibliyinə diqqət çəkən RİH başçısı M.Sadıqov onları torpaqdan səmərəli istifadə etməyə, gəncləri yüksək savad almağa meyilli olmağa dəvət edib. Başçı bildirib ki, heç kəs zəhmətə qatlaşmadan, yüksək biliyə malik olmadan rahat yaşayışa sahib ola bilməz.
Söhbət əsnasında məlum olub ki, kənddə əsas problem içməli su çatışmazlığı və elektrik enerjisində gərginliyin sabit olmaması, kənd daxilində istismar müddətini başa vurmuş elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsidir.

////

RİH başçısı Mirdaməd Sadıqovun Qarakolluq kənd sakinləri ilə görüşündə çıxış edən ağsaqqal Yaşar Əliyev qəbul-görüşə gələnləri salamladıqdan sonra öncə, son vaxtlarda rayonda görülən tikinti-abadlıq işlərindən razılıq bildirərək ölkə rəhbərliyinə minnətdarlıq edib.
Səyyar görüş-qəbullar
Sosial inkişafın hər yerdə təzahür etdiyini bildirən Y.Əliyev doğma kəndində ən böyük problemi içməli suyun olmamasında göstərib. O, həmçinin elektrik enerjisi verilməsində nöqsanlardan və Qaraməryəm-İsmayıllı yolunun bərbad vəziyyətdə olmasından gileylənib.
Başçı sakinlərin önəm verdiyi problemləri diqqətlə dinlədikdən sonra onların həlli üçün lazımi tədbirlərin həyata keçiriləcəyini bildirib. M.Sadıqov qarşıdan gələn ilin mart ayınadək Qarakolluq və Hapıtlı kəndlərinin içməli su probleminin həlli üçün subartezian quyusunun qazılacağını söyləyib.
Sakinlər ətraf kəndlərdə vətəndaşların sosial rahatlığı üçün son bir neçə ayda görülən işlərin timsalında onlara verilən vədin həyat həqiqəti olacağına inandıqlarını bildiriblər.
Başçı kənddə uşaq bağçasının açılmasının, şagirdlərə xarici dil öyrədilməsinin vacibliyindən danışıb, məktəblərdə şagird-kompyuter sayı ilə maraqlanıb, Rayon Təhsil Şöbəsinə məsələ ilə bağlı tapşırıqlarını verib.
Görüşdə yaşayış səviyyəsi aşağı olan vətəndaşların müraciətləri istiqamətində də söhbət gedib, səsləndirilən problemlərin həlli yolları araşdırılıb və onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!