• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Fəlsəfi fikir tarixi öyrənilir

Fəlsəfi fikir tarixi öyrənilir

Yazar Ismayilli
//
13 dekabr 2013
//
//
Oxunub 1831
//

Fəlsəfi fikir tarixi öyrənilir


Seyid Yəhya Şirvani-Bakuvinin 550-ci ildönümü ərəfəsində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində seminar keçirilib.
Tədbirdə rayonun müxtəlif təşkilatlarının nümayəndələri, ziyalılar, gənclər iştirak edib.
Gələn qonaqları RİH başçısı adından başçının birinci müavini Rövşən Ağayev salamlayıb, seminarın işinə uğurlar arzulayıb.

Fəlsəfi fikir tarixi öyrənilir
Tarix elmləri doktoru, professor Qafar Cəbiyev qonaqları tədbir iştirakçılarına təqdim edib, seminarın əhəmiyyətindən danışıb.
Qafqaz Araşdırmaları İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Mehmet Rıhtım Y.Bakuvinin maraqlı həyat yolu və yaradıcılığı haqqında ətraflı məlumat verib. Azərbaycan təsəvvüf (fəlsəfə) məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqətinin XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olduğunu deyib. Seyid Yəhyanın üç dildə (türk, ərəb, fars) qələmə alınmış təsəvvüfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etdiyini vurğulayıb.
Sonra Şamaxı cümə məscidi haqqında film də göstərilib.
Tədbirdən sonra Seyid Yəhya Şirvani və təsəvvüf mövzusunda sənət müsabiqəsinin iştirakçılarının əl işləri sərgilənib. Sərgidə rəsm, foto, xəttatlıq sənətindən ibarət sərgi gələnlərin böyük marağına səbəb olub. UNESKO 2013 ili Seyid Yəhya Bakuvi Şirvani ili elan edib. İlin sonuna kimi Şəki, Zaqatala, Quba, Xaçmaz, Astara və Lənkəranda seminar və sərgilərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, seminar Azerbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu, Qafqaz Universiteti, Miras İctimai Birliyi və digər qurumların təşkilatçlığı ilə baş tutub.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!