• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xoşbəxt olduğunu bilməyən bədbəxtdir

Xoşbəxt olduğunu bilməyən bədbəxtdir

Yazar Ismayilli
//
13 dekabr 2013
//
//
Oxunub 1676
//


Xoşbəxt olduğunu bilməyən bədbəxtdir


Ömür yolu çox vaxt arzuladığımız kimi rahat və ürəkaçan olmur. Onun enişi, yoxuşu, çətin məqamları var. İnsanlar hər hansı bir çətinliklə üzləşdikdə kiminsə köməyinə ehtiyac duyurlar. Belə anlarda insan bəzən kimin ona kömək edəcəyini belə bilmir. Əlbəttə, belə hallarda təcrübəli, dünyagörmüş, bərkdən-boşdan çıxmış insanlara, xüsusən də bu sahə üzrə mütəxəssislərə - psixoloqlara müraciət etməyi düşünürlər. Bunu düşünə bilmək yaxşı haldır. Bəzən isə qarşılaşdığı çətinliklə üz-üzə qalanlar özünə qapanır, nə edəcəyini bilmir.

Xoşbəxt olduğunu bilməyən bədbəxtdir
Dediklərimizin təbii hal olduğunu nəzərə alan, rayonumuzu təmsil edən bir qrup gənc bu qəbildən olan insanlara mənəvi dəstək olmaq, psixoloji yardım göstərmək məqsədi ilə İsmayıllı Psixologiya Mərkəzi yaradılması təşəbbüsü ilə rayon rəhbərliyinə müraciət etmişlər. Bu müraciətə yüksək dəyər verən RİH başçısı Mirdaməd Sadıqov nəinki Mərkəzin yaradılması, onun açılması və fəaliyyəti üçün təqdim olunan layihənin reallaşdırılmasına dəstək verib.
Dekabr ayının 7-də İsmayıllıda Mərkəzin təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bu xidmət sahəsinin insanlar verəcəyi töhfədən danışıb.
Xoşbəxt olduğunu bilməyən bədbəxtdir Xoşbəxt olduğunu bilməyən bədbəxtdir
Layihə rəhbəri, gənc psixoloq Firuzə Çiçək Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir devizi ilə çalışacaq Mərkəzin göstərəcəyi psixoloji xidmət növləri haqqında məlumat verib. O bildirib ki, Mərkəzdə ailə konfliktlərinin həlli, ünsiyyət qurmaq, dağınıq fikirlər və qərarsızlıqdan qurtulmaq, sevgi münasibətləri qurmaq və düzgün seçim etmək, unutqanlıq və yaddaş texnikaları və liderlik barəsində seminarlar keçiriləcək. Həmçinin evdar qadınların cəmiyyətdə mövqe seçməsi, özünə qapananlara yardımçı olmaq, nitq inkişafına istiqamət vermək, təxəyyül və yaradıcılıq istiqamətində aparılan söhbət və müzakirələrə yer veriləcək. Burada art-terapiya, eqopsixologiya, depressiya, stresdən qurtulma yolları da öyrədiləcək. Edilən bütün fərdi müraciətlər qəbul olunacaq, göstərilən xidmətlər ödənişsiz olacaqdır.
Psixoloq və Fərdi İnkişaf Mərkəzinin psixoloqu İbrahim İbrahimov layihədə nəzərdə tutulan məsələlər ətrafında geniş açıqlama verib. Mütəxəssisin çıxışından sonra İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodistləri Ülkər Məhərrəmova, Gülnar Mikayılova, RTŞ-nın əməkdaşı Hümbət Əsədov, 86 saylı DSK-nın məsul işçisi Azim Mirzəlizadə layihənin müvəffəqiyyətlə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildirib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
Çinarə Bəhərçinli,
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!