Gələcəyimiz olan uşaqlar » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Gələcəyimiz olan uşaqlar


Gələcəyimiz olan uşaqlar


Olkəmizdə gənc nəslin təlim-tərbiyəsi korpələr evi və uşaq bağalarından başlayır, -desək hec də səhv etmərik. Ona gorə də muasir dovrdə birinci siniflərə uşaq qəbulu bağalardan başlayır. Onda oxucu soruşa bilər ki, axı kifayət qədər bağa yoxdur, belə halda vəziyyətdən necə cıxmaq mumkundur? Buna gorə də son vaxtlar uşaq bağalarının inşasına diqqət artırılıb. Ulu ondər Heydər Əliyev demişdir: Uşaqlar bəşəriyyətin gələcəyidir. Hər bir olkədə uşaqların xususi yeri vardır. Muasir təhsil modelində məktəbəqədər təhsilə umumi təhsilin ilkin pilləsi olmaqla, uşaqların məktəbdə muvəffəqiyyətlə oxuması ucun bərabər imkanların yaradılmasının əsası kimi baxılır. Buna gorə də təhsil sistemində məktəbəqədər təhsil muhum yer tutur.
Gələcəyimiz olan uşaqlar
Bağalar uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında xususi əhəmiyyətə malikdir. Bağalar uşaqların dunya goruşunun formalaşmasında, kollektivcilik, yoldaşlıq, səmimiyyət, kiməsə yardım etmək, nəyisə yoldaşı ilə boluşmək və sair bu kimi musbət keyfiyyətlərin aşılanmasında rolu danılmazdır. Məhz kicik yaşlardan rejimə, nizam-intizama riayət edilməsi kimi vərdişlərin oyrədilməsi uşaqların yaddaşına mohkəm həkk olunur. Burada kicik bir misal cəkmək istərdim. Gənc ana yeni dunyaya gəlmiş korpəsinin tərbiyəsi ilə nə vaxtdan məşğul olmaq barədə məsləhət almaq ucun bir aqilə muraciət edir. Aqil uşağın nə vaxt dunyaya gəlməsini soruşur. Ana:
- Uc aydır, - deyə cavab verir.
Aqil: - Uc ay gecikmisən, cavabını verir.
Deməli, tərbiyə lap kicik yaşlarından başlanmalıdır. Məhz buna gorə də bağaların rolu və əhəmiyyəti yuksək qiymətləndirilir.
Gələcəyimiz olan uşaqlarGələcəyimiz olan uşaqlar
Azərbaycan Respublikasının təhsil qanununa uyğun olaraq məktəbəqədər təhsil muasir proqramlara əsasən həyata kecirilir. Axı bu muəssisələr təhsilin ilkin pilləsi sayılır. Bağalar fəaliyyətlərini ailənin və cəmiyyətin marağına uyğun olaraq, uşaqların erkən yaşlarından intellektual və sadə əmək vərdişlərinə yiyələnməsinə, istedad və qabiliyyətinin uzə cıxarılmasına, estetik tərbiyəsinə, ətraf muhitin qorunmasına yonəltməlidirlər. Uşaqların estetik tərbiyəsi məqsədilə muxtəlif musiqi, rəqs, şeir, tapmaca və digər bu qəbildən olan tədbirlərin təşkili cox faydalı nəticələr verir. Bu movzularda musabiqələrin təşkili də vacibdir.
Məktəbəqədər muəssisələrin qarşısında duran vəzifələr yuxarıda sadaladıqlarımızla kifayətlənmir. Ən umdə vəzifələrdən biri də yuksək mənəvi zənginliyə malik, xalqını, torpağını sevən əsil vətənpərvərlər yetişdirməkdən ibarətdir.
Bu məsul vəzifələrin həyata kecirilməsi bağa tərbiyəcilərinin uzərinə duşur. Onlar ilk oncə uşaqları milli adət və ənənələr zəminində tərbiyələndirməlidirlər. Kokdən, ailədən uzaq duşmək tərbiyənin birtərəfli aparılmasına aparıb cıxarar. Xalqımızın illərlə formalaşmış ailə pedaqogikası bu sahədə cox zəngin xəzinədir. Ondan yararlanmamaq boyuk səhv olardı. Həmin bu pedaqogikada yuxarıda sohbət acdığımız butun məsələlər oz əksini tapmışdır. Muasirlik, intellekti artıran yeni oyun və oyuncaqlar da tərbiyə işində ən yaxşı vasitələrdəndir. Butun bunlar uşaqların məktəbdə təlimə daha yaxşı hazırlanmasına zəmin yaradır.
Bağa tərbiyəcilərinə olan tələblər də artmışdır. Buna gorə də tərbiyəcilər daim oz uzərilərində calışmalı, yenilikləri, qabaqcılların iş təcrubəsini oyrənməli və onları oz işlərinə tətbiq etməlidirlər. Bu işə uşaqlarla calışmağı sevən, axtarışlar edən adamlar qəbul olunmalıdırlar. İşə biganəlik gostərənlər bu sahənin adamları ola bilməzlər.
Məktəbəqədər təhsilin məzmununun yeniləşməsi gunun aktual problemi kimi qarşıda durur. Son vaxtlar rayonumuzda yeni uşaq bağalarının inşası ilə əlaqədar muəyyən işlər gorulmuşdur. Şəhərin Mican məhəlləsində lap bu yaxınlarda bir bağa istifadəyə verilmişdir. Hazırda şəhərin mərkəzində digərinin inşası davam etdirilir. Butun bunlara baxmayaraq, rayonun mərkəzində xeyli sayda bağa yaşlı uşaq var. Şəhərin Gunəşli, yeni salınmış məhəllələrində, Nizami kucəsindəki ikimərtəbəli binalarda bağa tərbiyəsindən kənarda qalmış xeyli sayda uşaq var. Gorunduyu kimi, şəhərdə yeni uşaq bağalarına boyuk ehtiyac duyulur.
Uşaq bağalarında təlim və tərbiyə elə qurulmalıdır ki, boyuyən nəsil ozunun uşaq həyatı ilə onun ucun səciyyəli olan tələbat və maraqla yaşasın. Təlim prosesində əsasən, uşaqların meyl, maraq və potensial imkanları nəzərə alınır. Tərbiyəci uşaq munasibətləri pedaqoji əməkdaşlıq şəraitində qurulmalıdır. Yeni interaktiv metodların, muasir təlim texnologiyalarının tətbiqinə ustunluk verilməlidir.
Bağaların pedaqoji kollektivləri daim axtarışda olmalı, oz uzərilərində muntəzəm calışmalıdırlar. Azərbaycan Respublikasında təhsilin inkişafı uzrə Dovlət Strategiyası kimi muhum sənədin qəbul edilməsi məktəbəqədər tərbiyə muəssisələrində də işin yenidən qurulmasını tələb edir. Bu istiqamətdə muntəzəm və yaradıcılıqla calışmalıyıq.
R.Əzimova,
şəhər 2 nomrəli uşaq bağası və korpələr evinin mudiri
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter