• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır

Ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır

Yazar Ismayilli
//
30 sentyabr 2013
//
//
Oxunub 5129
//
Ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır

Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının Qalınçaq, İvanovka, Qalacıq, İstisu, Sumağallı, Basqal, Bizlan, Tircan kəndlərində keçirdiyi görüşlərdə seçicilər tərəfindən səsləndirilib.
Sentyabrın 16-da YAP İsmayıllı rayon təşkilatında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təşviqat-təbliğat kompaniyasına start verilib. Həmin gün Qalınçaq, İvanovka, səhəri gün Qalacıq, İstisu, Sumağallı, sonrakı gündə isə Basqal, Bizlan, Tircan kəndlərində keçirilən tədbirlərdə YAP Siyasi Şurasının üzvü Misir Mərdanov, partiya tərəfindən prezidentliyə namizəd göstərilən İlham Əliyevin vəkili, millət vəkili Novruzəli Aslanov da iştirak etmişdir.

Ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır
Keçirilən tədbirləri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb və bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ötən 10 ildə Ümummilli liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək yeni siyasi situasiyanın tələblərinə uyğun zənginləşdirmiş, hər bir vətəndaşın mənafeyinə xidmət edən iqtisadi siyasət həyata keçirmişdir. Bu müddətdə Heydər Əliyev siyasi kursuna inam daha da möhkəmlənmiş, yürüdülən strategiyanın alternativsizliyi birmənalı etiraf olunmuşdur.
Prezident İlham Əliyevin Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, - deməklə Azərbaycanın inkişafının bu siyasətlə bağlılığını bir daha ifadə etmişdir. Ötən 10 il ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə nəticələnmişdir.
YAP Siyasi Şurasının üzvü M.Mərdanov, millət vəkili N.Aslanov çıxışlarında bildiriblər ki, prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi bütün vədləri inamla həyata keçirib. Ölkədə 1 milyondan çox iş yeri açılıb, çadır düşərgələri ləğv olunub, sosial problemlərin böyük qismi həllini tapıb, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm uğurlar əldə olunub. Son 10 ilin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. Dünya ölkələrində baş verən iqtisadi böhranlar ölkəmizdən yan keçib, cənab Prezidentin siyasi səriştəsi nəticəsində respublikamızda daxili sabitlik və demokratik inkişaf var.
Ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır Ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır
Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına, bu sahədə artıq əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılmasına xidmət edib.
Görüşlərdə çıxış edən Qalınçaq kənd sakinləri Kamal Əzizov, Raiz Nuriyev, Xalid Seyidov, İvanovka sakinləri Qriqori Minnikov, Nadejda Jabina, Marina Prokofyevna, Nikolay Dubrovin, Basqal qəsəbə sakinləri Miryavər Hüseynov, gənclər adından Nuranə Feyzullayeva, qadınlar adından Yeganə Ağayeva, Sahib Rəcəbov, Xankənd kənd sakini Rüstəm Məmmədov, Bizlan kənd sakinləri Akif Gözəlov, Əmir Həziyev, İlhamə Məmmədova, Əfqan Həsənov, Telman Məmmədov, Tircan kənd sakinləri Yusif Yusifov, Şərafət Hacıyeva, Yanvar Bədəlov, Şanil Adıgözəlov, Ələm Balaşov, Əbil Əbilov və başqaları qeyd etdilər ki, prezident İlham Əliyevin son 10 ildə apardığı alternativsiz daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Yoxsulluğun və işsizliyin səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Ölkəmiz beynəlxalq təşkilatların aparıcı səs hüquqlu üzvünə çevrilmişdir. Bütün bunlara görə biz kənd sakinləri qarşıdan gələn seçkilərdə İlham Əliyevə olan etibarımızı verəcəyimiz səslə bir daha sübut edəcəyik.
Ramid Qasımov

Şərh əlavə et:
Комментарии к новости (3)

Şərh eəlavə et

------------ -----------
Free counters!