• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İlk dəfə səs verəcək gənclərlə görüş

İlk dəfə səs verəcək gənclərlə görüş

Yazar Ismayilli
//
30 sentyabr 2013
//
//
Oxunub 2074
//

İlk dəfə səs verəcək gənclərlə görüş
İsmayıllı 86 saylı Dairə Seçki Komissiyası, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İsmayıllı Rayon Statistika İdarəsində ilk dəfə səs verəcək rayon gəncləri ilə görüş keçirilib.
İlk dəfə səs verəcək gənclərlə görüş İlk dəfə səs verəcək gənclərlə görüş
Tədbirdə çıxış edən 86 saylı Dairə Seçki Komissiyasının katibi Yaqub Hacıyev ilk dəfə səs verəcək 606 nəfər gənci bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib. Onları seçki qanunvericiliyində göstərilən bir sıra müddəalarla tanış edib. Qarşıdan gələn Prezident seçkilərində gənclərin böyük fəallıq nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
Gənclərlə keçirilən tədbirdə iştirak edən Rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov çıxış edərək ilk dəfə səs verəcək gəncləri düzgün seçim etməyə dəvət edib. O qeyd edib ki, bu seçimdən onların gələcək həyatı və karyerası asılı olacaqdır.
Rayon ziyalılarının nümayəndəsi Yaşar Nuriyev gənclərə seçki hüquqlarından istifadənin əhəmiyyətindən danışıb. Gənclərin nəyinki seçici, həm də təbliğatçı kimi fəal olacaqlarına ümidvar olduğunu deyib.
Ş.Soltanov

Şərh əlavə et:
Комментарии к новости (2)

Şərh eəlavə et

------------ -----------
Free counters!