• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ən inamlı təbliğatçı

Ən inamlı təbliğatçı

Yazar Ismayilli
//
30 sentyabr 2013
//
//
Oxunub 1264
//

Ən inamlı təbliğatçı


YAP İsmayıllı rayon təşkilatı seçki qərargahının 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasına Prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin Keyvəndi, Şəbiyan, Pirəbilqasım, Zərnava kəndlərində təşviqat-təbliğat kompaniyası zamanı seçicilər sabitliyə, əmin-amanlığa, demokratik inkişafa səs verəcəklərini bildiriblər
Tədbirləri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Bu müddətdə o, ölkə rəhbəri kimi, xalqın mütləq əksəriyyətinin rəğbətini qazanıb. Xalq Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına əmindir və inanır ki, İlham Əliyev ölkəni seçilən yolla daha işıqlı gələcəyə aparacaq.
Tədbirlərdə çıxış edən yerli təbliğat qrupunun nümayəndələri Cümşüd Hacıyev, Hafiz Kərimov, Məhəmməd Musayev, İsrayıl İsmayılov sosial yönümlü siyasətlə son 10 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan danışıblar. Çıxışlarda qeyd olunub ki, Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirib. İlham Əliyevin prezidentliyi dövründə ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir.
Çıxış edənlərdən Keyvəndi kənd sakinləri Baxşı İsgəndərov, Mirsahir Abbasov, Nəbi Qədimov, Şəbiyan kənd sakinləri Telman Aslanov, Daşdəmir Səfərov, Məhsul İbrahimov, Rəşid Zalov, Pirəbilqasım kənd sakinləri Ramiz Nizamov, Mirəhməd Nuriyev, Abduləli Ədilov, Zərnava kənd sakinləri Məhəmməd Aslanov, Ədalət Carıyev, Xalidə Ağayeva, Sabir Adıgözəlov İlham Əliyevin çoxsahəli fəaliyyətinin xalqın gözü qarşısında olduğunu vurğulayıblar. Onlar fəal seçicilər olaraq bu seçkilərdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun bu seçkilərdə də qalibiyyəti üçün əlimizdən gələni əsirgəməyəcəklərini bildiriblər. Cənab Prezidentin ölkəmizin inkişafı və çiçəklənməsi naminə gördüyü işlər onun ən inamlı təbliğatçısıdır və biz seçicilər ölkəmizin gələcəyi naminə görülən işlərə biganə qala bilmərik.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat xidmətinin rəhbəri

Şərh əlavə et:
Комментарии к новости (2)

Şərh eəlavə et

------------ -----------
Free counters!