• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Üzüm yığımı davam edir

Üzüm yığımı davam edir

Yazar Ismayilli
//
30 sentyabr 2013
//
//
Oxunub 3748
//
Üzüm yığımı davam edir
İsmayıllı rayonunun iqlim şəraiti fermerlərə daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. Belə ki, 1980-ci illərdə 8000 hektar üzüm sahələrinə malik İsmayıllı rayonu 80000 ton üzüm istehsal edirdi. Sovetlər birliyinin süqutundan sonra üzümçülüyün inkişafı demək olar ki, dayanmışdı. Son illərdə İsmayıllıda üzümçülük sahəsi yenidən bərpa edilib.
Üzüm yığımı davam edir
Xüsusilə də Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli 1890 nömrəli 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar bu sahənin inkişafı sürətlənib.
Hazırda rayon ərazisində üzümçülüyün inkişafına xüsusi fikir verilir. Son illərdə rayonda üzüm plantasiyaları 859 hektara çatdırılıb. Üzümçülüyə diqqət daha da artırılıb. Belə ki, bu il 11 hektarlıq ərazidə yeni üzüm bağı salınıb.
Məhsulun 50 faizə qədəri artıq yığılıb. Bir hektarın məhsuldarlığı 60 sentner civarında müəyyənləşdirilib. Hazırda üzüm yığımı davam etdirilir.
Ötən il rayon ərazisində 4224 ton üzüm istehsal edilmişdisə, bu il daha yüksək - 4500 tondan artıq məhsul gözlənilir.
Plantasiyalardan yığılan süfrə üzüm sortları birbaşa bazar vasitəsi ilə istehlakçılara təklif edilir.
Bu mövsümdə havanın üzümçülük üçün əlverişli olması bol məhsul əldə ediləcəyini deməyə əsas verir.
Çinarə Bəhərçinli

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!