• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kollec tələbələri ilə görüş

Kollec tələbələri ilə görüş

Yazar Ismayilli
//
30 sentyabr 2013
//
//
Oxunub 5654
//
Kollec tələbələri ilə görüş

Dövlət başçısı prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 168 -li qərarı və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılmış İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri ilə sentyabr ayının 16-da İsmayıllı Rayon Gənclər Mərkəzində görüş keçirilib.
Filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova İsmayıllıda sosial-iqtisadi və mədəni inkişaf sahələri sırasında belə bir təhsil ocağının açılmasına göstərdiyi qayğıya görə Dövlət başçısına ismayıllılar adından dərin təşəkkürünü bildirib.

Kollec tələbələri ilə görüş
Müəllim və valideynlərin də iştirak etdiyi görüşdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlardan söz açan başçı ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin təhsildən də yan keçmədiyini deyib. İcra başçısı eyni zamanda bildirib ki, bu təhsil müəssisəsinin fəaliyyətə başlaması təkcə rayonumuz üçün deyil, bölgə və ümumən ölkə təhsili üçün əhəmiyyətli hadisədir.
Milli Məclisin deputatı Novruzəli Aslanov prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində imzaladığı Fərman və Sərəncamların əhəmiyyətini qeyd edib. Eyni zamanda bildirib ki, imtahanda uğur qazanaraq kollecə qəbul olan tələbələr gələcəkdə təhsil müəssisəsinin adını ucaltsınlar.
Kollecin direktoru Rəsul Balayev günün önəmindən danışaraq, tələbələri təbrik edib. Tədris ilində onlara uğurlar arzulayıb.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov kollec tələbələrinə hər zaman mənəvi dəstək olacağını deyib. Təhsilin hər bir ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsi olduğunu diqqətə çatdırıb.
Tədbir rayonun incəsənət işçilərinin ifasında konsert proqramı ilə davam edib.
Çinarə Bəhərçinli

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!